Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və Pekin Ukraynada dərhal atəşkəs əldə olunmasının tərəfdarıdır.
O, dərhal və qeyd-şərtsiz atəşkəslə başlayacaq”, – Makron X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Makron bu mövqeyi Çin prezidenti Si Tsinpinlə telefon danışığından sonra səsləndirib.
Ölkə liderləri Ukraynadakı vəziyyətlə yanaşı, Yaxın Şərqdəki münaqişəni və ticarət-iqtisadi əlaqələri də müzakirə ediblər.
Bundan əvvəl Makron Ukraynada atəşkəsə nail olmaq üçün Rusiyaya təzyiqi artırmağa çağırıb.
DOĞRU.AZ