Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın yeni baş naziri Keir Starmerə Fələstini rəsmi olaraq tanıması üçün təzyiq göstərir.
Doğru.az xəbər verir ki bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, London və Paris arasında Fələstin dövlətinin tanınması ilə bağlı həm sürət, həm də yanaşma baxımından ciddi fikir ayrılığı var.
Nəşr yazır ki, bu məsələ Makronun gələn həftə baş tutacaq üç günlük Britaniya səfəri zamanı müzakirə oluna bilər.
Xatırladaq ki, daha əvvəl Sky News Starmerin yaxın aylarda baş nazir postunu tərk edə biləcəyi ehtimalını gündəmə gətirmişdi.
DOĞRU.AZ