Malta Fələstin qruplarının İsrailə hücumu fonunda qapalı iclas keçirmək tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət göndərib.
Bu barədə Reuters agentliyinə adı açıqlanmayan diplomatlar bildirib.
Diplomatların fikrincə, görüş razılaşdırıla və oktyabrın 8-i bazar gününə təyin oluna bilərdi.
İsrail və Fələstin arasında münaqişənin yeni mərhələsinin müzakirə ediləcəyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının gələcək iclasının hələ rəsmi təsdiqi yoxdur.