image-n1karobka_ads
image-123
image-6867cb48ae5ac96166529ee3backend

MAQATE müfəttişləri İranı tərk edib

Doğru.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttiş qrupu İranı tərk edib. Qurumun rəsmi X sosial şəbəkəsində yayılan məlumatda bildirilir ki, “təftiş qrupu bu gün İranı sağ-salamat tərk edib və Vyanadakı qərargaha qayıdır”.

Bəyanatda qeyd olunur ki, müfəttişlər “son hərbi münaqişə zamanı” Tehranda olublar.

Xatırladaq ki, bundan əvvəl İran prezidenti Məsud Pezeşkian ölkənin MAQATE ilə əməkdaşlığını dayandıran rəsmi fərman verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki