image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220203_152450_450backend

Masallı rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edildi – FOTOLAR

image-728x90px

Masallı rayon Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirilib.

Doğru.Az xəbər verir ki, tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.Tədbir Ulu öndərimizin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Masallı Rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov,Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları bütün sahələrdə fəal, vətənpərvər olmağa çağırıb.

Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Gənclər və İdman İdarəsini Fəxri Fərmanları, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin hədiyyələri təqdim edilib.

DOĞRU.AZ

image-fb_img_1643887096069 image-fb_img_1643887102189 image-fb_img_1643887099283 image-fb_img_1643887105242 image-fb_img_1643887108103 image-fb_img_1643887110746 image-fb_img_1643887113256 image-fb_img_1643887124288 image-fb_img_1643887127032 image-fb_img_1643887131104 image-fb_img_1643887138844 image-fb_img_1643887136389 image-fb_img_1643887134212 image-fb_img_1643887141562 image-fb_img_1643887144302 image-fb_img_1643887147494 image-fb_img_1643887151638 image-fb_img_1643887115459 image-fb_img_1643887093726

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki