Tesla və SpaceX-in qurucusu, həmçinin X (Twitter) şirkətinin sahibi İlon Mask Açıq Cəmiyyət Fondunun rəhbəri, milyarder Corc Sorosu Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib.
Bu barədə milyarder X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında yazıb.
Açıq Cəmiyyətin rəhbərinin Lampeduza adasında miqrasiya böhranını gücləndirməkdə günahlandırıldığı bir nəşri şərh edən Musk, “Soros təşkilatı, deyəsən, Qərb sivilizasiyasının məhvindən başqa heç nə istəmir” deyə yazıb.
Mənbə: Gazeta.ru