Amerikalı sahibkar İlon Maskın atası Errol RT-nin “Going Underground” proqramının aparıcısı Afşin Rattanziyə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin müəyyən hörmətə malik olduğunu bildirib.
“Putin, şübhəsiz ki, müəyyən dərəcədə hörmət tələb edir… Onun sözlərində tez-tez ağlabatan və balanslı fikirlər var”, o deyib.
Errol Mask əlavə edib ki, Putin əsrlər boyu tarixdə mühüm rol oynayan dövlətinin maraqlarından çıxış edir.
“Rusiya hər hansı bir uğura nail olan kimi hamı dərhal onu böyük diqqətlə qəbul etməyə başlayır”, – Elon Maskın atası qeyd edib.
Daha əvvəl Errol Mask etiraf etmişdi ki, o və oğlu Putinə heyrandır və onu “güclü lider nümunəsi” hesab edir.
DOĞRU.AZ