image-n1karobka_ads
image-123
image-medetqubackend

Mədət Quliyev vəzifəsindən azad edildi

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

President.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Prezidentinin digər sərəncamları ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki