Ukrayna gələn ilin əvvəlində Amerika F-16 qırıcılarını ala bilər.
Bu barədə “Politico” mənbələrə istinadən yazır.
“Transfer 2024-cü ilin əvvəlində başlaya bilər”, – hesabatda deyilir.
Eyni zamanda, dəqiq tarixlərin müəyyən edilmədiyi qeyd edilir. Həmçinin, bu barədə anonimlik şərti ilə mənbələr danışıb.
Konkret hansı dövlətlərin Kiyevə döyüş təyyarələri verəcəyi də açıq sual olaraq qalır. Adı açıqlanmayan bir Pentaqon rəsmisi, onların Danimarka və Hollandiya tərəfindən təhvil veriləcəyini söylədi.
Mənbə: gazeta.ru

























