İdman jurnalistləri Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşularaq sağlam həyata çağırış ediblər.
Doğru.az xəbər verir ki, Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.
Onlarla birlikdə nazirliyin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər məşqlərinə qatılıb.
Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq məqsədilə “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək məşqlər təşkil edir. Məqsəd idmanı hər kəsin həyat tərzinə çevirmək və günə gümrah başlamaqdır.
DOĞRU.AZ