Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən saxta açıqlamalar yayılıb.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb. Bildirilib ki, süni intellektin tətbiqi ilə hazırlanmış bu videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyasıdır.
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq”, – deyə qurumun açıqlamasında qeyd olunur.
Agentlik vətəndaşları, jurnalistləri və ictimai fəalları belə hallara qarşı prinsipiallıq nümayiş etdirməyə, “deep fake” texnologiyaları ilə yayılan saxta kampaniyalar fonunda daha sayıq olmağa səsləyir.