image-2000x150px
image-123
image-ads_atlas
image-img-20211216-wa0169backend

Mediasiya Şurasının fəaliyyətinə sosial işçilər cəlb olunub

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlər görülür. Bu tədbirlər çərçivəsində cari ilin 1 iyulundan qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu xüsusi olaraq vurğulanmalıdır. Artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan və ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramından artıq Mediasiya Şurası da faydalanmaqdadır.

Bu ilin oktyabr ayında Şura ilə proqramın icraçısı olan “DOST İş” Mərkəzi arasında şuranın fəaliyyətinə sosial işçilərin cəlb edilməsi ilə bağlı Saziş də imzalanıb. Sənədə əsasən əmək müqaviləsi bağlanaraq maaşları Mərkəz tərəfindən ödənməklə 5 nəfər sosial işçi Şurada işə cəlb edilib. Onlar əsasən kargüzarlığın təşkili, vətəndaşlara müvafiq sənədlərin hazırlanmasında köməkliyin göstərilməsi üzrə fəaliyyətə başlayıblar.
Məlumat üçün deyək ki, “İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki