image-n1karobka_ads
image-123
image-mehriban_21756120550backend

Mehriban Əliyevanın doğum günü

image-ad_qayo_720x110px

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Doğru.az xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub, daha sonra təhsilini Moskvada davam etdirərək həkim ixtisası qazanıb.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu, 1996-cı ildə isə “Azərbaycan – İrs” jurnalını təsis edib. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildən isə Heydər Əliyev Fondunun rəhbəridir. Mədəniyyətin, milli irsin və humanitar dəyərlərin qorunması istiqamətində fəaliyyətinə görə UNESCO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Mehriban Əliyeva həmçinin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür və 2021-ci ildən partiya sədrinin birinci müavini vəzifəsini icra edir. 2017-ci ildən Birinci vitse-prezident olaraq sosial, humanitar və xeyriyyə layihələrinə rəhbərlik edir. Onun təşəbbüsləri ilə şəhid ailələri, müharibə iştirakçıları, qazilər daim diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə məscidlərin və tarixi abidələrin bərpası həyata keçirilir.

Mehriban Əliyeva bir çox nüfuzlu dövlətlərin ali orden və mükafatlarına, beynəlxalq təşkilatların fəxri adlarına layiq görülüb.

Mehriban Əliyeva 1983-cü ildə Prezident İlham Əliyevlə ailə qurub. Cütlüyün üç övladı var – Leyla, Arzu və Heydər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki