ABŞ-ın 45-ci prezidentinin həyat yoldaşı Melaniya Tramp ərinin qarşıdan gələn prezident seçkilərində mümkün qələbəsi fonunda Donald Trampla nikah müqaviləsinin şərtlərini dəyişib.
Materialda bildirilir ki, son bir il ərzində ölkənin keçmiş liderinin həyat yoldaşı komandası ilə birlikdə yeni “nikahdan sonrakı” müqavilənin imzalanması ilə bağlı “sakitcə” danışıqlar aparır. Nəşrin həmsöhbətinin qeyd etdiyi kimi, müvafiq sənədə yenidən baxılması keçmiş prezident və Melaniya Trampın ailə həyatı başlayandan bəri üçüncü dəfədir ki, baş verir.
“Melaniya ən çox oğulları Barron üçün əhəmiyyətli əmlakı qorumaq və artırmaqdan narahatdır” dedi.
Mənbə: CNN Türk