image-n1karobka_ads
image-123
image-68b9c81cae5ac952007315b8backend

Meloni: İtaliya əsgərlərini Ukraynaya göndərməyəcək

image-ad_qayo_720x110px

İtaliyanın baş naziri Giorgia Meloni “istəyənlərin koalisiyası” ilə görüşdə Ukraynaya italyan hərbçilərinin yerləşdirilməsini istisna edib.

Doğru.az xəbər verir ki, hökumətin bəyanatında Meloninin bu məsələdə mövqeyi təsdiqlənib: “İtaliya öz əsgərlərini Ukraynaya göndərməyəcək”. Bununla belə, Roma Ukrayna Silahlı Qüvvələrinə Ukrayna ərazisindən kənarda nəzarət və təlim keçməklə, potensial atəşkəsə dəstək verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk da münaqişə bitdikdən sonra belə, Ukrayna ərazisinə polşalı qoşunların göndərilməsini istisna etmişdi. Fransa prezidenti Emmanuel Makron isə sülhün bərqərar olmasından sonra 26 ölkənin Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki