İtaliyanın baş naziri Giorgia Meloni ticarət tariflərinin qarşılıqlı şəkildə tətbiqinin Qərb ölkələri arasında ticarət müharibəsi riski yaratdığını bildirib.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Meloninin açıqlamasına istinadla məlumat yayıb.
“Qərbdə ticarət müharibəsi birlikdə üzləşdiyimiz qlobal çağırışlar qarşısında bizi zəiflədəcək. Avropanın öz arqumentlərini müdafiə etmək və ədalətli, ağlabatan razılaşma əldə etmək üçün kifayət qədər iqtisadi və maliyyə gücü var”, – deyə İtaliya baş naziri vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen avqustun 1-dək razılaşma əldə olunmasa, Avropa İttifaqının ABŞ-a qarşı cavab tədbirləri görməyə hazır olduğunu bəyan etmişdi.
DOĞRU.AZ