image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_88a0626b20b7c20e44828a7468df6525_m9n7v2epcxo1juit4rgqbackend

Memorandumunun imzalanması münasibətlərin yeni mərhələyə qədim qoymasından xəbər verir – DEPUTAT

image-728x90px

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədim qoymasından xəbər verir.

Bu gün Azərbaycanın dünyadakı yeri daha dayanıqlı, daha etibarlıdır. Zəngin təbii resurslara malik Azərbaycanın enerji siyasəti isə təkcə bölgənin inkişafına və rifahına deyil, Avropanın da enerji təhlükəsizliyinə xidmət edir. Azərbaycan qitənin enerji təhlükəsizliyində həlledici rolu olan dövlətlərdəndir.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputat Anar Məmmədov deyib.

Bundan əlavə, ölkəmiz mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Azərbaycan habelə regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir. Hədəf də regionun inkişafı və rifahıdır. Azərbaycan-Rusiya İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur. 

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında imzalanan Anlaşma Memorandumu İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutur. Memorandumun məqsədi respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bununla belə, yeni kommunikasiya bağlantılarının yaradılmasında başlıca məqsədin Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etməkdən ibarət olması ilə yanaşı, bu layihənin bütün regionun nəqliyyat-kommunikasiya şəbəkəsində tarixi və strateji yeniliyə gətirib çıxarmasıdır. Beləliklə, İran ilə imzalanan sənəd ölkəmizə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Lakin onu da nəzərə almaq lazımdır kiErmənistan ötən müddət ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə İran İslam Respublikası Azərbaycanın haqq işini və öz ərazi bütövlüyünü bərpa etməkdədəstəkləyərək bu mübarizənin növbəti mərhələsində də Bakının yanında olduğunu göstərdiİran tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar və bəyanatlar həm müharibədən öncə, həm də müharibə zamanı və sonra təkrar-təkrar verilməsi də buna bir nümunədir. Təsadüfi deyildir ki, torpaqlarımız işğaldan azad olunduqdan az sonra həmin bölgələri, Xudafərin körpüsünü ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb və bu sərhədin iki xalq arasında yalnız və yalnız inkişafa və dostluğa xidmət edəcəyini xüsusi vurğulayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki