image-2000x150px
image-etibar-aliyev_290420backend

“Mən universitet rektoru tanıyıram, troll saxlayır”- Deputat

image-728x90px

“Jurnalistikada fikir döyüşü olmalıdır, şəxsiyyət yox. Əgər sizə fikrimi bildirirəm və siz səsimi yazıb altına Etibar Əliyev yazırsınızsa, sosial şəbəkədə də bu cür cavabdehlik daşımalıyam” deyən millət vəkili Etibar Əliyev sosial şəbəkə hesablarını hər bir şəxsin öz qəzeti adlandırıb:

“Facebook” səhifəm mənim qəzetimdir”.

“Doğru.az”  Bizim.Media-ya istinadən xəbər verir ki, deputat sosial şəbəkələrdə də imza atılan paylaşımlara görə məsuliyyət daşımağın önəmli olduğunu diqqətə çatdırıb:

“Necə ola bilər ki, sən orada söyüş söy, insanları təhqir elə və əlini cibinə qoyaraq gəz. Belə şey olar? Axı bu millət belə söyüşkən deyil. Mədəniyyətinə görə seçilən xalqıq. Sosial şəbəkədəki söyüşlər də zəncirvari reaksiya ilə böyüyür.

Siyasətçilər troll saxlayır.

Mən universitet rektoru tanıyıram, troll saxlayır. Vəzifəli şəxsin trolları var. Bir cümlə yazırsan, 15 dəqiqədən sonra eyni məzmunda 50-yə yaxın söyüş gəlir. Bütün bunlar məqsədli şəkildədir. Sifarişli rəylərdir”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki