image-2000x150px
image-123
image-ads_atlas
image-5366fe8d-d767-38d5-83a2-0e3197671f96_850backend

Merkel qaçqınların qəbulundakı xidmətlərinə görə “Nansen” mükafatı alıb

image-728x90px

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi 2015 və 2016-cı illərdə qaçqınların, o cümlədən suriyalıların ölkədə qəbulunda göstərdiyi xidmətə görə Almaniyanın keçmiş kansleri Angela Merkelə 2022-ci ilin “Nansen” mükafatını təqdim edib.

Mükafatlandırma mərasimi bazar ertəsi axşam Cenevrədə baş tutub.

Qrandinin dediyi kimi, 2015 və 2016-cı illərdə Suriyadan və digər ölkələrdən Almaniyaya kütləvi qaçqın axını qarşısında Merkel bu problemin həllində “görmə (perspektivlər), cəsarət və möhkəmlik”, həmçinin “mənəvi istiqamət” göstərib. “Bu, qaçqınlara dəstək, qaçqın və köçkünlərin özlərinə dəstək olaraq gördüyümüz işlərə böyük töhfə idi”, – o deyib.

“Sizin sayənizdə, kansler Merkel, Almaniya da öz köçürmə proqramlarını (başqa ölkələrdən olan qaçqınlar) gücləndirdi və hətta əvvəlkindən daha çox qlobal humanitar liderə çevrildi”, – BMT-nin Ali Komissarı bildirib.

Öz növbəsində Merkel çıxışında qeyd edib ki, “Nansen” mükafatını təkcə ona deyil, 2015-ci ildə üzləşdikləri problemlərin həllində iştirak edən bütün insanlara verilən mükafat kimi qəbul edir. “Qaçqınların hüquqlarına hörmət edilməlidir, onların heç biri təqiblə üzləşdikləri ölkələrə geri göndərilməməlidir”, – o vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Merkelin kansler olduğu dövrdə “Almaniya 2015 və 2016-cı illərdə – Suriyada münaqişənin qızğın vaxtında və digər yerlərdə ölümcül zorakılıqlar zamanı 1,2 milyondan çox qaçqın və sığınacaq axtaran insanı qəbul edib.

Komissarlıq Merkelə “Nansen” Mükafatını “yüz minlərlə çarəsiz insanın müdafiəsində göstərdiyi liderlik, cəsarət və şəfqət” və “təhlükəsizlik axtaranlar” üçün “həyata uyğun uzunmüddətli qərarlar” tapmaqda göstərdiyi səylərə görə verdiyini vurğulayıb.

Qeyd edək ki, “Nansen” mükafatı 1955-ci ildən məcburi köçkünlərə yardım sahəsində xidmətlərinə görə verilir və norveçli qütb tədqiqatçısı, Nobel Sülh Mükafatı laureatı, Millətlər Təşkilatının Qaçqınlar üzrə keçmiş Ali Komissarı Fridtyof Nansenin adını daşıyır. 1979-cu ildən bəri laureatlara xatirə medalından əlavə pul mükafatı da verilir ki, bu da hazırda 150 000 ABŞ dolları təşkil edir. Regional qaliblər sertifikatlarla təltif olunurlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki