image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_45773813_l-2015-pic_32ratio_1200x800-1200x800-51208backend

Məşhur Booking xidməti üçün 1,7 milyard dollarlıq müqavilə bağlanıb

image-728x90px

Reuters xəbər verir ki, Avropa İttifaqının antiinhisar orqanları Booking Holdings-in İsveçin ETraveli onlayn mehmanxana sifarişi xidmətini 1,7 milyard dollara ələ keçirmək müqaviləsini bloklayıb.

Booking Holdings nümayəndələri tənzimləyicinin şirkətin bazarda hökmranlığının mənfi nəticələri ilə bağlı narahatlığını məhkəmədə aradan qaldıra bilmədiklərinə görə Avropa Komissiyası birləşməni qadağan edib. Avropa Komissiyası bu işdə 27 Aİ ölkəsinin bazarlarında rəqabətə cavabdeh olan müşahidəçi kimi çıxış edib.

Aİ-nin rəqabət orqanının rəhbəri Didye Reynders bildirib ki, Avropa Komissiyası qərar qəbul etməzdən əvvəl Booking və ETraveli-nin potensial birləşməsi ilə bağlı sənaye iştirakçılarının fikrini öyrənmək üçün 15 minə yaxın otel və mehmanxananın sahibləri arasında sorğu keçirib.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki