Portuqaliyalı tanınmış musiqiçi və bəstəkar Luis Jardim 75 illik yubileyi günü – iyulun 4-də dünyasını dəyişib.
Doğru.az xəbər verir ki, o, Portuqaliyanın Kadavale bölgəsindəki evində yuxuda vəfat edib.
Luis Jardim musiqi karyerası boyunca “The Rolling Stones”, Pol Makkartni, Elton Con, Tina Törner, Corc Maykl və Devid Boui kimi dünya ulduzları ilə əməkdaşlıq edib. Onun ifaçılıq və prodüserlik fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
Doğru.az-ın məlumatına görə, musiqiçinin itkisi Portuqaliya və dünya musiqi ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.
Qeyd edək ki, bir müddət əvvəl “The X-Files” serialının musiqisini bəstələyən amerikalı bəstəkar Mark Snow da 79 yaşında vəfat edib.
DOĞRU.AZ