Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun ulduzu Lionel Messi MLS-də yeni rekorda imza atıb.
Doğru.az xəbər verir ki, 38 yaşlı hücumçu “Nyu İnqlend Revoluşın” komandası ilə keçirilən görüşdə iki qol vuraraq dubl edib. Bununla da Messi MLS tarixində ardıcıl 4 oyunda dubl edən ilk futbolçu olub.
Qarşılaşma “İnter Mayami”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təcrübəli forvard hazırda həm komandasına, həm də liqaya damğa vurmağa davam edir.
DOĞRU.AZ