image-n1karobka_ads
image-123
image-metbu-1664125281backend

Mətbuat Şurası xəbərdarlıq edir: Sosial şəbəkədə ehtiyatlı olun!

Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını həssas mövzularda paylaşım edərkən diqqətli olmağa çağırıb.

Komissiya bildirib ki, paylaşım zamanı insanların şərəf və ləyaqəti, şəxsi həyatın toxunulmazlığı prinsipi qorunmalıdır. Eyni zamanda, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təbliğindən, təhqiramiz ifadələrdən, uşaqların şəxsi həyatı ilə bağlı məlumatların yayılmasından çəkinmək vacibdir.

Son günlər Gəncədə baş verən yeniyetmənin ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan dəqiqləşdirilməmiş məlumatlar, hadisənin manipulyasiya edilməsi Komissiyanın narahatlığına səbəb olub. Komissiya qeyd edib ki, cinayət işləri üzrə yalnız rəsmi qurumların təsdiqlədiyi məlumatların yayılması zəruridir.

Sosial media istifadəçilərinə səslənən Komissiya bildirir: “Reallıqları təhrif edən, cəmiyyətdə çaşqınlıq yaradan paylaşım və şərhlərdən uzaq durun. Məsuliyyətli davranmaq hər kəsin borcudur!”

Komissiya həmçinin xatırladır ki, informasiya manipulyasiyalarına və dezinformasiyalara qarşı qanunvericilikdə adekvat tədbirlər mövcuddur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki