image-ads_n1karobka_mobile
image-metro_2025_10backend

Metro xidməti bir saat ərzində bərpa olunacaq – VİDEO – YENİLƏNİB

Bakı metrosu yaxın bir saat ərzində fəaliyyətini bərpa edəcək.

Bu barədə  Day.Az-a Bakı metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidməti bildirib ki, “Hazırda hava xəttinə yüksək gərginlikli elektrik təchizatındakı nasazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürük. Metro xidməti yaxın bir saat ərzində bərpa olunacaq. Yaranan narahatçılığa görə sərnişinlərdən üzr istəyirik və anlayışlarına görə onlara təşəkkür edirik”.

Bakı metrosunun bütün stansiyalarında sərnişinlərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Day.Az-a Bakı metropoliteninin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, bu gün saat 12:10 radələrində “Ulduz – Nəriman Nərimanov” hissəsində təmas relsinə yüksək gərginlikli elektrik təchizatında nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə sərnişinlər Ulduz və Nəriman Nərimanov stansiyalarından təxliyə olunur. Nəriman Nərimanov-Əhmədli istiqamətində qatarların hərəkəti məhdudlaşdırılır.

Həmçinin qeyd edilib ki, metro işçilərinin və sərnişinlərin həyatı təhlükədə deyil. Texniki nasazlığın aradan qaldırılması üçün işlər hazırda davam etdirilir.

Mətbuat xidməti əlavə edib ki, “Qara Qarayev və Nəriman Nərimanov arasındakı tuneldə dayanan qatarlardakı sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib”. 

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki