image-n1karobka_ads
image-123
image-zdydbwnexhjpbhhc83c49mas74znc21q024sv2ro_640backend

Mikayıl Cabbarov Harri Kamian ilə görüşüb – FOTO

image-ad_qayo_720x110px

ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşdə enerji sektorunda tərəfdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.

Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.

Tərəflər Azərbaycanın energetika, o cümlədən, “yaşıl enerji” sektorunun inkişafı, bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.

Doğru.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” hesabında yazıb.

“Görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.

Ölkəmizin 2024-cü il – “Yaşıl dünya naminə həmrəylik” ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq”, – deyə nazir qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki