image-n1karobka_ads
image-123
image-dbwypnx0i5kh7k88xsiquldymgfncakh490jgkkf_640backend

Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb – FOTO

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə ÜTT ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin təşkilata üzvlük prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Doğru.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.

Görüşdə ölkəmizin sosial-iqtisadi inkişaf məqsədləri, iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə verilən önəm diqqətə çatdırılıb. Azərbaycanla təşkilat arasında əlaqələrin inkişafı, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

DOĞRU.AZ

image-zb55bsbdxnecawsqwmywlf2d1sha93y8gyhlmujp_640 image-jbvqirzqdmw0k9ryn3idzrhgqw1tggox5w5xtnoq_640 image-yjcvdwdi9rhvs6j1rorspvvziug9ibmbwypz8o3p_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki