image-n1karobka_ads
image-123
image-17532032092473927352_1200x630backend

Milli mətbuatın 150 illiyi münasibətilə rəsmi tədbir keçirilib – FOTO

image-ad_qayo_720x110px

İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə rəsmi tədbir təşkil olunub.

Doğru.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə bağlı media nümayəndələrinə ünvanladığı müraciət səsləndirilib. Prezidentin müraciətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Daha sonra bir qrup media nümayəndəsinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim olunub.

Tədbirdə həmçinin yubileyə həsr edilmiş videoçarx nümayiş etdirilib və proqram bədii hissə ilə davam edib.

Yubiley mərasimində televiziya kanallarının, informasiya agentliklərinin, aparıcı çap və onlayn media subyektlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

DOĞRU.AZ

image-17532032094961821160_1200x630 image-17532032092438255072_1200x630 image-1753203209465759957_1200x630 image-1753203209873955847_1200x630 image-17532032091350033328_1200x630 image-1753203209631656503_1200x630 image-1753203209518446764_1200x630 image-175320320937868185_1200x630 image-1753203209159434457_1200x630 image-1753203209535620362_1200x630 image-17532032091077610181_1200x630 image-17532032095027835042_1200x630 image-17532036302126052434_1200x630 image-17532032096084328067_1200x630 image-1753203308531242678_1200x630 image-17532033083560859407_1200x630 image-17532033085113629582_1200x630 image-17532033081840248135_1200x630 image-17532033085837122739_1200x630 image-17532033083802060698_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki