Müğənni Mina Hüseyn əvvəlki tərzinə qayıdaraq sevənlərini təəccübləndirib.
Doğru.az xəbər verir ki, sənətçi tropik yay ab-havasını əks etdirən “Marakuya” adlı yeni bəstəsinə çəkilən klipini təqdim edib.
Klipin ideya və ssenarisi Minanın özünə məxsusdur. Bir neçə məkanda və fərqli obrazlarda lentə alınan işdə müğənni cazibəli görünüşü, zövqü və cəsarəti ilə diqqət çəkib. Klipin çəkilişi rejissor Xəyal Murtuzova həvalə olunub.
Mina bildirib ki, söz və musiqisi JayhunMusic-ə aid olan mahnı qısa zamanda hər kəs tərəfindən seviləcək. Sənətçi əlavə edib: “Marakuya mənim ən çox sevdiyim ekzotik meyvələrdən biridir. Bu səbəbdən mahnıda həm təbiiliyi, həm də şirin yay enerjisini hiss edəcəksiniz. Gəlin birlikdə bu tropik abu-havanı hiss edək.”
DOĞRU.AZ