image-ads_n1karobka_mobile
image-image_940x_69f490266631ebackend

Tanınmış müğənni VƏFAT ETDİ

Tanınmış türkiyəli müğənni Tülay Özer 79 yaşında vəfat edib.

Ajans.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə sənətçinin prodüseri Hakan Eren məlumat verib.

Məlumata görə, musiqiçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi və dializ müalicəsi aldığı bildirilir.

Vəfat edən sənətçi Türkiyənin məşhur müğənnisi Zerrin Özerin bacısıdır.

Tülay Özer “Büklüm büklüm”, “İkimiz bir fidanız”, “Kalbimi sana vermiştim”, “Niye çattın kaşlarını” kimi mahnıları ilə məşhurlaşıb.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki