image-2000x150px
image-123
image-ads_atlas
image-rian_3295361-hr-pic905-895x505-60556backend

Misir, İordaniya və Fələstin başçıları görüşdə Fələstin məsələsini müzakirə edəcəklər

image-728x90px

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Misir avqustun 14-də Misir-Fələstin-İordaniya üçtərəfli sammitinə ev sahibliyi edəcək.

Aralıq dənizi sahilində yerləşən Əl-Alameyn şəhərində Misir prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah və Fələstin lideri Mahmud Abbas Fələstin məsələsi ilə bağlı son hadisələri müzakirə edəcəklər.

Agentliyin məlumatına görə, tərəflər “Fələstin xalqının iztirablarına son qoymaq”, öz qanuni milli azadlıq və müstəqillik hüquqlarını həyata keçirmək və paytaxtı Şərqi Qüds olmaqla öz dövlətlərini yaratmaq üçün beynəlxalq dəstəyin səfərbər edilməsi ilə bağlı mövqeləri razılaşdıracaqlar.

Daha əvvəl bildirilmişdi ki, İsrailin baş naziri Binyamin Netanyahu Colan təpələrində istirahətdə olarkən bölgənin əbədi olaraq İsrailin nəzarəti altında qalacağını bildirib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki