image-n1karobka_ads
image-123
image-76-pic_32ratio_1200x800-1200x800-44597backend

Misir Rəfahda qaçqın düşərgələri qurmağı təklif edib

Misir hakimiyyəti Qəzza zolağından olan qaçqınlar üçün Fələstinin Rəfah şəhərində düşərgələrin yaradılmasını təklif edib.

Bu barədə “Al Araby Al Jadeed” qəzeti yazır.

Qeyd olunur ki, Misirlə sərhəddən 3 km aralıda düşərgələrin yaradılması təklif edilir. Eyni zamanda, onların fəaliyyətinə Qahirə nəzarət edəcək. Düşərgələr Qəzza zolağının şimalından gələn insanlara təcili yardım göstərəcək. Eyni zamanda Qahirə qaçqınların Qəzzadan Sinay yarımadasına köçürülməsinə qəti şəkildə qarşı çıxır.

Nəşrin mənbələri ağır vəziyyətdə olan qaçqınların Misir xəstəxanalarına aparılacağını bildirir. Qahirədən rəsmi açıqlama verilməyib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki