image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-10-13t163251z_2046264157_rc2sr3axypju_rtrmadp_3_israel-palestinians-protests-italy-pic_32ratio_900x600-900x600-66859backend

Misir rəhbəri fələstinlilərin kollektiv cəzalandırılmasına son qoyulmasını tələb edib

image-728x90px

Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrail hakimiyyətindən Qəzza zolağının sakinlərinin kollektiv cəzalandırılması praktikasından əl çəkməyi tələb edib.

TASS xəbər verir ki, bu barədə siyasətçi Qahirədə Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşdə bildirib.

Misir lideri Qəzzada münaqişənin eskalasiyasının azaldılmasının zəruriliyinə diqqət çəkib. O, yerli mülki əhalinin kollektiv cəzalandırılması siyasətinə misal olaraq anklavın blokadasını, ərzaq çatışmazlığını və fələstinlilərin məcburi köçkünlüyünü göstərib.

Bundan əvvəl Misirin xarici işlər naziri Sameh Şukri bildirmişdi ki, İsrail hakimiyyəti Rəfah keçid məntəqəsinin açılması üçün tədbir görməyib. Xarici İşlər Nazirliyinin rəhbəri Qahirənin Qəzza zolağına humanitar yardım çatdırmağa hazır olduğunu xatırladıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki