image-ads_n1karobka_mobile
image-68daf32502e8bd10954e114dbackend

Misir və Qətər Trampın Qəzza planını HƏMAS-a təqdim etdi

image-add-a-heading

Misir və Qətər ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq planını Fələstinin HƏMAS hərəkatına təqdim edib.

Doğru.az xəbər verir ki, “Əl-Cəzirə”nin mənbəsinə görə, HƏMAS vasitəçilərə təklifi öyrənəcəyinə söz verib.

Sentyabrın 29-da Ağ Ev Trampın planını açıqlayıb. Sənəd qoşunların çıxarılmasını, girovların azad edilməsini və Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yaradılmasını nəzərdə tutur. ABŞ-ın təkliflərinə Fələstin anklavının İsrail tərəfindən ilhaqı və ya işğalı daxil deyil.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı plandan imtina edəcəyi halda məhv ediləcəyi ilə hədələmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki