Milli Seçki Komissiyasının rəhbəri Vəlid Həmzə bildirib ki, Misirdə prezident seçkiləri dekabrın 10-dan 12-dək keçiriləcək.
Bu barədə TASS milli televiziyaya istinadən xəbər verir.
“Misir hakimiyyəti səsvermə hüququ olan ölkə vətəndaşlarını 2023-cü il dekabrın 10-dan 12-dək Misirdə keçiriləcək prezident seçkilərində iştirak etməyə dəvət edir”, – deyə o bildirib.
Həmzə qeyd edib ki, Misirdə prezident seçkilərində ölkədən kənarda səsvermə dekabrın 1-dən 3-dək keçiriləcək.
Mənbə: TASS