Avropa Sualtı Arxeologiya İnstitutunun (IEASM) alimləri Misirdə Amun tanrısının batmış məbədi və bu tanrılarla əlaqəli xəzinələrlə dolu Afrodita ziyarətgahı aşkar ediblər.
Bu barədə Live Science xəbər verir.
IEASM tədqiqatçıları Misirin Aralıq dənizi sahilləri yaxınlığındakı kanalda araşdırma apararkən Amon məbədini kəşf ediblər. Əvvəlcə Amun tanrısı üçün tikilmiş bina eramızdan əvvəl II əsrin ortalarında baş verən zəlzələ zamanı dağılıb. Abukir körfəzindəki qədim Thonis Heraklion liman şəhərinin bir hissəsi idi. Bu məbədin, yəqin ki, böyük əhəmiyyəti var idi: fironlar bura öz güclərinin təsdiqini qədim Misir panteonunun ali tanrısından almaq üçün gəlmişdilər. Dalğıclar gümüş ritual alətləri, qızıl zinət əşyaları və ətir və ya məlhəm saxlamaq üçün alebastr qablar tapdılar.
Məbədin şərqində arxeoloqlar məhəbbət ilahəsi Afroditaya həsr olunmuş Yunan ziyarətgahı aşkar etdilər. Burada həmçinin çoxlu artefaktlar, o cümlədən xaricdən gətirilən tunc və keramika əşyaları, həmçinin yunan silahları var idi. Bu, alimlərin qeyd etdiyi kimi, Sait sülaləsinin fironları dövründə (e.ə. 688-ci ildən 525-ci ilə qədər) yunanların şəhərdə ticarət və məskunlaşmalarına icazə verildiyini göstərir.
Mənbə: Haberler.com