image-n1karobka_ads
image-123
image-1763913068564345811_1200x630backend

Misli Premyer Liqasında XII tura yekun vuruldu

image-ad_qayo_720x110px

Futbol üzrə Misli Premyer Liqasının XII turuna yekun vurulub.

Doğru.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib. Günün ilk matçında “Sabah” doğma meydanda “Şamaxı”nı qəbul edib və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Turun bağlanış oyununda isə “Neftçi” gözlənilmədən evdə “İmişli”yə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Karvan-Yevlax”ı 2:1, “Qarabağ” “Sumqayıt”ı 4:2, “Zirə” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşü isə 1:1 hesabı ilə başa çatıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki