image-n1karobka_ads
image-123
image-17651082863375626368_1200x630backend

Misli Premyer Liqasında XIV tur: “Şamaxı” Yevlax səfərindən qələbə ilə qayıtdı

image-ad_qayo_720x110px

Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu baş tutub.

Doğru.az xəbər verir ki, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdə qərarlaşıb. Yevlax klubu isə 5 xalla sonuncu – 12-ci pillədədir.

Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki