Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aclıq aksiyasına görə səhhətinin vəziyyəti pisləşməkdə davam edir.
Bu barədə Gürcüstanın Ombudsman Aparatının saytında məlumat verilib.
Qeyd olunur ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) tərəfindən dəvət olunmuş bir qrup mütəxəssis siyasətçinin səhiyyə idarəçiliyi ilə bağlı Saakaşvilinin yerləşdiyi “Vivamed” klinikasının təqdim etdiyi sənədləri öyrənib və təhlil edib və öz qiymətlərini təqdim edib.
Gürcüstanın eks-prezidentinə qanda leykositlərin azalması diaqnozu qoyulub, ehtimal ki, sümük iliyində problemlər yaranıb. Eyni zamanda, mütəxəssislər xəstənin müalicə prosesindən şikayətlərinin olmadığını qeyd ediblər. Buna baxmayaraq, Saakaşvili səhhətinin pisləşməsi istiqamətində tədricən yavaş tendensiyanı saxlayır.
Gürcüstanın Ombudsman Aparatı əmin edib ki, eks-prezidentin müalicəsi davam etdiriləcək.
Mənbə: Sputnik