Hindistan hakimiyyəti Pakistana zərbələri dayandırmaq qərarına gəlib. Bu barədə respublikanın baş naziri Narendra Modi açıqlama verib.
O, xalqa müraciət edərək qeyd edib ki, bu dayandırmanın müddəti İslamabadın gələcək addımlarından asılı olacaq.
TASS Modidən sitat gətirib: “Biz yalnız Pakistana zərbələrimizi təxirə saldıq”.
O, əlavə edib ki, Hindistana yeni hücum “əzilməli qisas”la nəticələnəcək. Modi həmçinin bildirib ki, ölkə heç bir nüvə şantajına dözməyəcək.
Bundan əvvəl Hindistanda Pakistanla münasibətlərin kəskinləşməsi səbəbindən bağlanan 32 hava limanının açılacağı bildirilmişdi.
DOĞRU.AZ