Hindistanın baş naziri Narendra Modi ölkəsinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı neytral mövqe tutmadığını, lakin sülh, beynəlxalq hüquqa və suverenliyə hörmətin tərəfdarı olduğunu, həmçinin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün cəhdləri dəstəklədiyini bildirib.
Bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazır.
Modi qeyd edib ki, bəzi insanların Hindistanın neytral olması fikri doğru deyil. Baş nazirin sözlərinə görə, Hindistanın mövqeyi bütün ölkələrə məlumdur və başa düşülür. Modi Hindistanın əsas prioritetinin sülh olduğunu vurğulayıb. Bütün ölkələr beynəlxalq hüquqa və dövlət suverenliyinə hörmətlə yanaşmalıdırlar.
Hökumət başçısı bildirib ki, Hindistan hakimiyyəti münaqişəyə son qoymaq və davamlı sülh və sabitliyə nail olmaq üçün bütün real cəhdləri dəstəkləyəcək.
Mənbə: Haberler.com