Moldova parlamentinin spikeri İqor Qrosu bildirib ki, parlamentarilər “Mir” teleşirkətinin ölkədə işləməsi ilə bağlı sazişdən çıxmasını təsdiqləyiblər.
Onun sözləri parlamentin saytında yer alıb.
Onun sözlərinə görə, qanun layihəsinin lehinə 56 deputat səs verib.
Altı telekanalın (RTR-Moldova, Moldovada Birinci, NTV-Moldova, Akcent-TV, TV-6, Orhei-TV) lisenziyası Moldova Hökumətinin Fövqəladə Hallar Komissiyası tərəfindən müvəqqəti olaraq dayandırılıb. Buna səbəb Ukrayna hadisələrinin düzgün işıqlandırılmaması olub.
Mənbə: RİA Novosti
Doğru.az