Moldova prezidenti Maia Sandu “Bessarabiyanın səsi” telekanalının efirində yerli fermerlərin müvafiq tələblərlə çıxış etməsinə baxmayaraq, ölkə hökumətinin Ukraynadan taxıl idxalına qadağa qoymayacağını bildirib.
“Fermerlərin müəyyən problemləri var, mən konteksti başa düşürəm. Amma eyni zamanda, biz ölkəni Ukraynaya bağlaya bilmərik. Onlar etiraz edəcəklər, danışacaqlar, inşallah, bundan sonra hansısa həll yolunu tapacaqlar”, – deyə dövlət başçısı bildirib.
İyunun 7-də moldovalı fermerlər ölkənin müxtəlif bölgələrində traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarının sütunları ilə yolları bağlayaraq etiraz aksiyası keçiriblər.
Bundan əvvəl Moldovanın “Fermers Power” assosiasiyası bəyan etmişdi ki, əgər hakimiyyət Ukraynadan taxıl idxalına qadağa qoymasa və ya onlara maliyyə yardımı göstərməsə, moldovalı fermerlər etiraz aksiyası keçirəcəklər.
Mənbə: Sputnik
DOĞRU.AZ