image-ads_n1karobka_mobile
image-rian_6388922-hr-pic_32ratio_900x600-900x600-29466backend

Moldova rus diplomatlarının ölkədən çıxarılması haqda düşünür

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin rəhbəri Nikolay Popesku bildirib ki, Rusiya Federasiyasının səfirliyindən guya “düşmənçilik siyasəti” aparan diplomatların ölkədən qovulmasını istisna etmir.

Bu barədə TASS məlumat yayıb.

O vurğulayıb ki, Rusiyanın timsalında Moldova tərəfi Moldovaya qarşı “düşmən, təcavüzkar, yanlış, hörmətsiz siyasət” görür.

“Ona görə də hamının – mənim də – Rusiya ilə münasibətlərdə problemlərin həllində və minimuma endirilməsində iştirak etməyən diplomat olan və ya başqa fəaliyyətlə məşğul olan insanların sayı ilə bağlı sualları var”, – Moldova Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

O, həmçinin istisna etməyib ki, Rusiya Federasiyası tərəfindən belə siyasət davam edərsə, Kişinyov yenidən rus diplomatlarını ölkədən çıxarmağa müraciət edə bilər.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki