image-n1karobka_ads
image-123
image-rian_6526631-hr-pic_32ratio_900x600-900x600-89727backend

Moldovanın eks-prezidenti dövlətin yoxa çıxmasından qorxur

image-ad_qayo_720x110px

Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, ölkənin NATO-ya daxil olması və alyansla yaxınlaşması siyasəti onun dağılmasına gətirib çıxara bilər. 

“Moldova xalqının konstitusiyanı dəyişdirmək üçün NATO-ya üzv olmağa səs verməyə hazır olmadığını başa düşərək, onlar (ölkə hakimiyyəti. – Gazeta.ru) burada müxtəlif proqramlara – Moldovada NATO İnformasiya Mərkəzinə və digər tədbirlərə start verdilər. Yaxın gələcəkdə əhalinin təsəvvürünün dəyişməyəcəyini düşünürəm”.

Dodonun fikrincə, Moldova insanlar öz fikirlərini dəyişməyə başlasa və NATO-ya daxil olarsa, Konstitusiyada nəzərdə tutulan neytrallığı itirəcəksə, “sadəcə yox ola bilər”.

Bundan əvvəl Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Vladimir Kuk bildirmişdi ki, ölkə ilə Rusiya arasında praktiki olaraq yüksək səviyyəli təmaslar yoxdur, dövlətlər bir-biri ilə səfirliklər və nazirliklər səviyyəsində qarşılıqlı əlaqədə olurlar.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki