“Mortal Kombat” filmində Şanq Tsunq obrazı ilə tanınan amerikalı aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
Doğru.az xəbər verir ki, “Deadline” nəşri məlumatı aktyorun ailəsinə istinadən yayıb.
Bildirilib ki, Taqava Kaliforniyanın Santa Barbara şəhərində insultdan sonra yaranan ağırlaşmalar səbəbilə dünyasını dəyişib. Ölüm anında onun yanında övladları olub.
Keri-Hiroyuki Taqava “Mortal Kombat”dan əlavə “Son imperator”, “Geyşanın xatirələri”, “Meymunlar planeti”, “47 Ronin” və digər filmlərdəki rolları ilə tanınıb.
Qeyd edək ki, 2015-ci ildə aktyor pravoslavlığı qəbul edərək Moskvada vəftiz olunub və Panteleimon adını alıb.
DOĞRU.AZ




























