image-2000x150px
image-fotojet-2022-09-13t104701-415backend

Mövlud Çavuşoğlu: “Ermənistan təxribata son qoymalıdır” – FOTO/VİDEO

image-728x90px

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Mövlud Çavuşoğlu öz “Twitter”ində yazıb.

İki ölkənin XİN başçısı Ermənistan ordusunun bu gecə Azərbaycanla sərhəddə törətdiyi təxribatı müzakirə edib.

“Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik. Ermənistan indi təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – o qeyd edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki