image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-5backend

Mövlud Çavuşoğlu: “Türk dünyasını gələcəyə hazırlayırıq, güc birlikdədir”

image-728x90px

“Türk dünyasını gələcəyə hazırlayırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, türk dünyası hazırda beynəlxalq aləmdə baş verən proseslərə etinasız yanaşmamalıdır: “Dünyanın hər yerində problem var. Həmrəy olandan sonra bütün problemlərin öhdəsindən gələrik. Necə deyərlər, güc birlikdədir”.

M.Çavuşoğlunun sözlərinə görə, Qazaxıstanla Türkiyə arasında əlaqələr inkişaf edir.

Nazir eyni zamanda vurğulayıb ki, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli platforması yaradılıb.

M.Çavuşoğlu türk dövlətlərini terrorla birgə mübarizə aparmağa çağırıb.

“FETO terror təşkilatı təkcə Türkiyə üçün yox, mövcud olduğu bütün ölkələr üçün təhlükədir. Onların nə qədər hiyləgər olduğunu bilirik. Ona görə də birgə mübarizənin vacibliyi ilə bağlı xəbərdarlıq etmək istəyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki