image-n1karobka_ads
image-123
image-304338_zks5l3h3udbackend

Müğənni Günel Zeynalovadan eşq etirafı – FOTO

image-ad_qayo_720x110px

Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Sənətçi sənətə baxışı, xəyalları və ötən il ərzində qazandığı uğurlarla bağlı səmimi fikirlərini bölüşüb.

Doğru.az  Axşam.az-a istinadən xəbər verir ki, Günel Zeynalova sənəti dərindən anladığını və musiqinin onun üçün həyat tərzi olduğunu bildirib. Müğənni melodiyanı, ritmi və mahnı oxumağı sevdiyini qeyd edərək, özünü ruhən gənc hiss etdiyini vurğulayıb.

“Sənəti anladığım üçün mən səs sevirəm: melodiya, ritm duyğum, mahnı oxumaq. Həyat yaşım 3-dür. Sevdiyim gün cümədir. Yaşım 40-dır. Bu il dəqiq xəyallarım var: daha çox uğur qazanmaq, daha çox alqış almaq, daha çox şans əldə etmək”, – deyə Günel paylaşımında yazıb.

Sənətçi geridə qalan ilin onun üçün olduqca məhsuldar keçdiyini də diqqətə çatdırıb. O bildirib ki, ötən il arzularının böyük hissəsini reallaşdırmağa nail olub.

“Ən çox etmək istədiklərimi gerçəkləşdirdiyim bir il keçirtdim. Şükürlər olsun. Aktrisalıq etdim, fərqli mahnılar oxudum, konsertlər verdim, hər həftə səhnə aldım”, – deyə müğənni vurğulayıb.

Günel Zeynalova paylaşımında şəxsi həyatı ilə bağlı da diqqətçəkən etiraf edib. O, həyatında eşqin olduğunu gizlətməyib və bu hissin ona güc verdiyini bildirib.

“Həyatımda eşq oldu. Hər kəs qəlbinin təmizliyinin nemətini yesin. Bilə bilməzsən kimin duası gerçəkləşəcək”, – deyə sənətçi əlavə edib.

Müğənni sonda onu sevənlərə də dua etdiyini qeyd edərək, xoş niyyət və səmimiyyətin insan həyatında mühüm rol oynadığını vurğulayıb.

DOĞRU.AZ

image-304339_uwrx47md54

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki