ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyəçi Ceffri Epsteynə göndərdiyi iddia edilən məktubun həqiqiliyinə şübhələr yaranıb.
Doğru.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask “The Wall Street Journal”da yayımlanan məlumatı şərh edərkən, sözügedən məktubun Trampa aid olmasının inandırıcı olmadığını deyib.
“Düzünü desəm, bu, Trampın dediyi kimi səslənmir”, – Mask sosial şəbəkə platforması “X”də paylaşımında qeyd edib.
Xatırladaq ki, daha əvvəl nəşr Trampın Epşteynə 50 illik yubileyi münasibətilə çılpaq qadının rəsmini məktubla göndərdiyi barədə məlumat yaymışdı.
DOĞRU.AZ