İqlim dəyişikliyi dünya üçün ən böyük təhdidlərdən biridir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel müzakirə zamanı deyib.
O deyib ki, bu istiqamətdə mübarizə davam etdirilməlidir:
“Bakıda keçirilən COP29-da isbat olundu ki, bu istiqamətdə müsbət irəliləyiş əldə etmək mümkündür”.
Muxtar Babayev əlavə edib ki, Türkiyə kimi ölkələrin növbəti COP-lara ev sahibliyi üçün müraciəti onu göstərir ki, bu sistem doğru işləyir:
“Amma hazırda prioritet COP30-dur və biz lazımi dəstəyi Braziliyaya verməkdəyik. Bakıda çox uğurlu bir yol xəritəsi hazırlandı, 2035-ci ilə qədər gediləcək yolun konkret tərəfləri ətrafında müzakirələr edildi. Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizədə olduqca faydalı detallardır”.
DOĞRU.AZ